image-reklam-veteninfo
image-1773650161_3mtq18hn_largebackend

Donald Tramp: NATO-nu çox pis gələcək gözləyir

image-reklam-veteninfo

Şimali Atlantika Alyansı, üzv dövlətləri Hörmüz boğazının açılmasında ABŞ-a kömək etməsə, çox pis bir gələcəklə üzləşəcək. Financial Times qəzetinin məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib. Prezident Tramp deyib: “Əgər onlardan Hörmüz boğazının açılması səylərimizə qoşulmaq üçün heç bir cavab gəlməsə və ya cavab mənfi olarsa, düşünürəm ki, bu, NATO-nun gələcəyinə çox pis təsir edəcək”.

Ağ Ev rəhbəri Avropa xüsusi təyinatlı qüvvələrinin cəlb edilməsi də daxil olmaqla, istənilən yardım variantında maraqlı olduğunu bildirib. Tramp avropalıların Hörmüz boğazında gəmiçilikdən böyük fayda əldə etdiklərini və boğazın açılmasında amerikalılara kömək etməyə borclu olduqlarını vurğulayıb. Eyni zamanda, hazırkı ABŞ liderinin fikrincə, NATO birtərəfli küçə olmamalıdır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki