image-reklam-veteninfo
image-1backend

Dövlət bu şəxslərə 1000 manat verəcək? – NAZİRLİKDƏN AÇIQLAMA

image-reklam-veteninfo

“Sosial şəbəkələrdə guya “1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi” barədə paylaşılan videoməlumat yalandır”.

Vətəninfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qurum vətəndaşları belə xəbərlərə inanmamağa və bununla bağlı paylaşılan linklərə daxil olmamağa çağırıb:

“Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın”, – nazirlikdən qeyd olunub.

Xatırladaq ki, məsələ ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. (APA)




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki