Dövlət Gömrük Komitəsi Novxanı-Binəqədi avtomobil yolunda baş vermiş qəza ilə bağlı məlumat yayıb.
“Bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin əməkdaşı Vəliyev Samir Bəhram oğlunun sərxoş vəziyyətdə qəza törətməsi barədə məlumat yayılıb.
Bildiririk ki, Vəliyev Samir Bəhram oğlu adlı şəxs gömrük orqanlarında xidmət etmir və yayılan məlumatlar həqiqətə uyğun deyil”.