image-62da4f3eb394362da4f3eb3944165847430262da4f3eb394162da4f3eb3942backend

Dövlət Qoruğu: Şuşanın beynəlxalq aləmdə təbliğində KİV-in rolunu yüksək qiymətləndiririk

image-reklam_sirab_01

“Ölkəmizin, xüsusilə Şuşanın beynəlxalq aləmdə nüfuzunun artmasında, mədəni zənginliyinin tanınıb təbliğ edilməsində KİV nümayəndələrinin rolunu yüksək qiymətləndiririk”.

Bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin sədri Məftun Abbasov Şuşada keçirilən Beynəlxalq Media Forumda deyib.

O qeyd edib ki, Azərbaycan reallıqlarının, habelə mədəni dəyərlərimizin, işğaldan azad olunmuş ərazilərdə aparılan irimiqyaslı bərpa və quruculuq işlərinin, bu sahədə baş verən yeniliklərin operativ, obyektiv və peşəkar şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir: “Mətbuatımızın genişlənən əlaqələrinin, artan nüfuzunun ölkəmizin azad olunmuş ərazilərində bərpa və Böyük Qayıdış siyasətinin də uğurla reallaşmasında əhəmiyyətli rol oynayacağına əminik”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki