Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında yeni təyinat həyata keçirilib.
Bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Vətən müharibəsinin qəhrəmanlarından biri, “Zəfər” ordenli general-mayor Nəsib Mirzəyev Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi vəzifəsinə təyin olunub.
“Xəbərsiz” 43 yaşlı generalın dosyesini təqdim edir:
Nəsib Tahir oğlu Mirzəyev 29 noyabr 1983-cü ildə Cəlilabad rayonunun Ləkin kəndində anadan olub.
17 avqust 2024-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
General Mirzəyev bu təyinatadək DSX-nin Çevik Hərəkət briqadasının komandiri vəzifəsində çalışıb.
O, Vətən müharibəsində göstərdiyi şücaətə görə ölkə başçısı tərəfindən bir sıra yüksək dövlət təltifləri ilə mükafatlandırılıb. Bunlar sırasında “Zəfər” ordeni, II və III dərəcəli “Vətənə xidmətə görə” ordenləri, eləcə də bir neçə medal yer alır.
Nəsib Mirzəyevin təltifləri:
09.12.2020 – “Zəfər” ordeni
24.12.2020 – “Cəbrayılın azad olunmasına görə” medalı
25.12.2020 – “Zəngilanın azad olunmasına görə” medalı
2019 – II dərəcəli “Vətənə xidmətə görə” ordeni
2018 – “Hərbi xidmətlərə görə” medalı
2014 – III dərəcəli “Vətənə xidmətə görə” ordeni
2012 – “İgidliyə görə” medalı
2009 – “Vətən uğrunda” medalı
Qeyd edək ki, Nəsib Mirzəyevin Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi təyin olunması ilə bağlı ilk xəbəri YENİSABAH.AZ saytı yayıb.



























