image-aa622ed7-6a3c-39de-86d1-b874d0c11808_850backend

Dünyada pandemiya ilə bağlı vəziyyət ağırlaşır

image-reklam_sirab_01

Dünyada pandemiya ilə bağlı vəziyyət ağırlaşır.

Bu barədə Veteninfo ayrı-ayrı ölkələrin koronavirusla bağlı statistikasına istinadən xəbər verir.

Belə ki, artıq dünyada koronavirusa yoluxanların sayı 535 601 054 nəfərə çatıb, 6 320 958 insan ölüb, virusa yoluxmuş 506 653 568 nəfər sağalıb.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da (86 564 218) qeydə alınıb. Birləşmiş Ştatlar həmşçinin dünyada COVID-19-dan ölənlərinin sayına görə (1 033 684) birinci yerdədir. Son bir gündə ABŞ-da 19 854 insan yoluxub, 54 nəfər ölüb.

Yoluxma sayına görə siyahıda ikinci yerdə Hindistan (43 184 997) qərarlaşıb. Cənubi Asiya ölkəsində pandemiya ərzində 524 701 insan pandemiyanın qurbanı olub.

Dünyada koronavirusa yoluxma ilə bağlı ilk üçlüyü Braziliya (31 153 765) qapayır. Bu ölkədə 667 056 insan koronavirusun qurbanı olub.

Koronavirusdan ən çox əziyyət çəkən ölkələr arasında həmçinin Fransa (29 647 790 yoluxma), Almaniya (26 543 260 yoluxma), Böyük Britaniya (22 305 893), Rusiya (18 355 200) ilk onluqdadırlar. Eyni zamanda Koreya Xalq Demokratik Respublikasında, Tayvanda, Çilidə və digər ölkələrdə gündəlik yoluxma və ölüm halları xeyli artıb.

Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki