image-9backend

Dünyanın ən yaşlı insanı 119 yaşını qeyd edib

image-reklam_sirab_01

Dünyanın ən yaşlı insanı – Yaponiya vətəndaşı Kane Tanaka yanvarın 2-də 119 yaşını qeyd edib.

Bu barədə Vətəninfo.az Kyodo” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qadın doğulub boya-başa çatdığı Fukuoka prefekturasında qocalar evində yaşayır. Pandemiya məhdudiyyətləri səbəbindən qohumları ilə görüşmək imkanı yoxdur.

Tanaka jestlərdən istifadə edərək işçilərlə ünsiyyət qurur. O, bildirib ki, şokoladları və qazlı içkiləri çox sevir.

Qadın 2019-cu ilin martında Ginnesin “Rekordlar” kitabı tərəfindən ən yaşlı insan kimi tanınıb. Həmin vaxt onun 116 yaşı var idi.

Qeyd edək ki, Yaponiya sağlam uzunömürlülük – qocaların köməksiz və qayğıya ehtiyacı olmayan yaşı üzrə dünya rekordu qırıb. Əmək, Səhiyyə və Rifah Nazirliyinin məlumatına görə, Yaponiyada sağlam uzunömürlülük yaşı həm kişilər, həm də qadınlar üçün dünyada ən yüksək səviyyəyə çatıb. Qadınlar üçün bu 75,5, kişilər üçün 72,6 yaşdır. 2001-ci illə müqayisədə “sağlam uzunömürlülük” yaşı qadınlarda 2,73, kişilərdə isə 3,28 yaş artıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image