image-0backend

Düşmənlərə boyun əyməyən, qış turizminin məskəni olan Ərdahan -FOTOLAR

image-reklam_sirab_01

Ərdahan Türkiyənin ən balaca şəhərlərindən biridir. Ancaq Ərdahan bir çox tarixi hadisələrə şahidlik edib. Bu tarixi şəhərdə yüz illər boyu çox ağır döyüşlər baş tutub. Amma Ərdahanlılar heç zaman bu torpaqların işğal altında qalmasına imkan verməyiblər. Ərdahan Şərqi Anadolu Bölgəsində yerləşən kiçik bir şəhərdir. Şəhər  dörd tərəfdən dağlarla əhatə olunub və 1829 metr yüksəkliyə malikdir. Amma bu kçik şəhərə il ərzində çoxsaylı turit gəlir. Bunun bir nüçə səbəbi var. Həm tarixi abidələrlə zəngin olan bu şəhərdə, həm yüksək mətbəx mədəniyyəti formalaşıb. Ərdahanlılar özlərini tərəkəmə adlandırır. Məhz bu amildən istifadə edən turistlər burada təmiz, doğal qidalana bilirlər. Turistləri dağlar, çaylar, düzənliklər, yaylalar və göllər və zəngin təbii gözəllikləri ilə qarşılayır. Ərdahana başqa bir gözəlliyi də sözsüz təbiət bəxş edib.  Qula çayının möhtəşəm şırıltısı,  şəhəri iki yerə bölən  Çıldır gölünün möhtəşəmliyindən həzz ala bilərsiniz.

Gürcüstanla sərhəddə yerləşən Ərdahan Türkiyənin şimal-şərqində yerləşir. Şimalda Hanak, cənubda Göle, şərqdə Çıldır, qərbdə Artvinin Şavşat mahalı yerləşir. Ərdahan şəhəri dörd tərəfdən dağlarla əhatə olunub. Təkcə dağları ilə deyil, yaylaları, dərələri, düzənlikləri, gölləri ilə də çox zəngin bir quruluşa malikdir. Xüsusilə qışda Çıldır gölü donaraq buz meydançasına çevrilir. Hər il minlərlə turistin diqqətini çəkməyi bacaran bu göl qış turizminin inkişafına imkan verir. Bu şəhər təkcə təbii gözəllikləri ilə deyil, həm də tarixi tikililəri ilə hər kəsi valeh etməkdə davam edir.

image-cildir-golu

Ərdəhan Əhəmənilər imperiyası dövründə zərdüştiliyə bağlı olaraq yaranmış bir yerdir. Bu şəhərin adının mənşəyinə nəzər saldıqda onun Arta və qədim fars kökündən gəldiyi görülür. Zərdüştilik dinində Asa kimi tanınan tanrıdan ilham aldığı məlumdur. Arta adı təkcə Ərdahana deyil, bir çox yerə öz adını verib. Əvvəlcə gürcülərin nəzarətində olan bu bölgə 16-cı əsrdə Osmanlıların hakimiyyəti altına keçib. Uzun illər Osmanlı hakimiyyəti altında qaldıqdan sonra bu bölgə Osmanlı-Rusiya müharibəsi zamanı Rusiya İmperiyasının nəzarətinə keçib. Birinci Dünya Müharibəsi ilə Rusiya buradan çəkildi və Ərdahan müstəqil Gürcüstan ərazisinə qatıldı. 1921-ci ildə Rusiya ilə Türkiyə arasında bağlanan müqavilə ilə Artvin və Ərdahan tamamilə Türkiyəyə təhvil verildi. Beləliklə öz gözəlliyi ilə dillərə dastan olan Ərdahanın ən görməli yerlərini sizə təqdim edirik.

Şeytan qalası: Şəhəri simvolizə edən ən əhəmiyyətli tikililərdən biri olan bu qala, Orta əsrlərin ən gözəl memarlıqlarından biridir.

image-13-seytan

Ardahan qalası: 16-cı əsrin əsəri sayılan Ərdahan qalası Osmanlı dövründən qalan ən əhəmiyyətli tikililərdən biridir.

image-2

Taşköprü kitabələri: Bu tarixi əsər Ərdahanın Çıldır mahalının Taşköprü kəndində yerləşir. Urartu kralı II. Sardus tərəfindən inşa edildiyi bilinən bu əsərlər bölgənin ən qədim yazılarındandır.

image-111

Çıldır Gölü: Türkiyənin ən əhəmiyyətli göllərindən biri olan Çıldır gölü yay-qış möhtəşəm mənzərəsi ilə qonaqlarını qarşılayır. Ərdahanın mərkəzindən təxminən 45 km məsafədə yerləşən Çıldır gölü dəniz səviyyəsindən 1956 metr hündürlüyü və 25 km2 eni ilə diqqəti cəlb edir.

image-9

Tarixi gizlinlikləri özündə qoruyan Ərdahanda çoxsaylı abidələr mövcuddur. Türkiyəyə gələn turistlər məhz Ərdahanda bu abidələri ziyarət edirlər. Min illik tarixi özündə qoruyan bu abidələr məhz Türkiyə dövləti tərəfindən mədəni irs kimi qorunur.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki