image-reklam-veteninfo
image-1backend

Əgər sülh və sakitlik istəyiriksə, müharibəyə hazır olmalıyıq- Yaşar Güler

image-reklam-veteninfo

Türkiyə Milli Müdafiə Naziri Yaşar Güler hesab edir ki, sülh və sakitlik üçün müharibəyə həmişə hazır olmaq vacibdir.

Vətəninfo.az xəbər verir ki, bunu ölkəmizdə  keçirilən “Birlik Gücü – 2026” birgə hərbi təlimlərində açıqlayıb.

O qeyd edib ki, Azərbaycan, Türkiyə və Özbəkistanın hərbi heyətinin təlimi uğurlu olub.

“Hərbi təlimlərdə iştirak edən qardaşlarımı təbrik edirəm. Əminəm ki, bundan sonra Qırğızıstan və Qazaxıstandan olan digər qardaşlarımızın iştirakı ilə daha genişmiqyaslı birgə hərbi təlimlər planlaşdıracaq və uğurla keçirəcəyik. Əgər sülh və sakitlik istəyiriksə, müharibəyə hazır olmalıyıq. Buna görə də, regionumuzdakı vəziyyəti nəzərə alaraq, hazırlığımızı ən yaxşı şəkildə təmin edəcəyik və sülh içində yaşayacağıq,” – deyə o bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki