image-reklam-veteninfo
image-1backend

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Bu tarixlərdə…

image-reklam-veteninfo

Bu ilin may ayında Günəş aktivliyinin artması ilə əlaqədar Yer kürəsində bir neçə dəfə maqnit qasırğası gözlənilir. Mütəxəssislərin proqnozlarına əsasən, ay ərzində geomaqnit vəziyyət dəyişkən olacaq və bəzi günlərdə güclü təsirlər müşahidə ediləcək.

Araşdırmalara görə, ayın ilk günləri nisbətən sakit keçəcək. 1–4 may tarixlərində geomaqnit fon sabit olsa da, 5–6 mayda orta səviyyəli aktivlik qeydə alınacaq. 11 mayda yenidən artım başlayacaq və 12–14 may tarixlərində vəziyyət pik həddə çataraq güclü maqnit qasırğaları baş verəcək.

Sonrakı günlərdə aktivlik tədricən zəifləsə də, 21–22 may tarixlərində yenidən orta və güclü səviyyəli qasırğalar gözlənilir. Xüsusilə 22 may ən riskli günlərdən biri hesab olunur. Ayın sonuna doğru – 28–30 may tarixlərində isə geomaqnit sahədə yenidən dalğalanmalar müşahidə ediləcək.

Mütəxəssislər bildirir ki, maqnit qasırğaları Günəşdən gələn enerjili hissəciklərin Yerin maqnit sahəsinə təsiri nəticəsində yaranır. Bu hadisələr rabitə və naviqasiya sistemlərinə təsir göstərə, həmçinin meteohəssas insanlarda halsızlıq, baş ağrısı və təzyiq dəyişikliklərinə səbəb ola bilər.

Qeyd olunur ki, 2026-cı ildə Günəş aktivliyi ümumilikdə sabit olsa da, geomaqnit pozuntularının davam edəcəyi gözlənilir. Ekspertlər riskli günlərdə daha çox istirahət etməyi, yuxu rejiminə diqqət yetirməyi və stressdən uzaq durmağı tövsiyə edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki