Dekabrın 24-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcək. İclas saat 10:00-da başlayacaq.
Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.
İclasda İşçi qrupun 2021-ci il üzrə Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyəti nəzərdən keçiriləcək, 2022-ci il üçün Fəaliyyət Planının yekun layihəsinin müzakirəsi aparılacaq, həmçinin cari ilin 1 dekabr tarixində keçirilmiş iclasın Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək.
İşçi qrupun iclasında iştirak etmək istəyən hər kəs, o cümlədən özəl sektorun nümayəndələri aşağıda göstərilən keçid vasitəsilə Komissiyanın internet portalının (https://azranking.az) “Rəqəmsal Təqvim” səhifəsində yaradılmış “Təklif göndər” bölməsinə daxil olaraq müvafiq təkliflərini verə bilərlər.