image-mmmbackend

Əli Əliyev sərbəst buraxıldı

image-reklam_sirab_01

Vətəndaş Inkişaf Partiyasinın sədri Əli Əliyev sərbəst buraxılıb. O, “Xural TV”nin canlı yayımında saxlanılması ilə bağlı danışıb. “Cinayət işinin təfərrüatı ilə bağlı idi. Hələlik detallarını deyə bilmərik, yəqin ki, ictimailəşəcək. Araşdırma başlayıb, o araşdırmanın detalları soruşulurdu. Mən şahid qismində danışmışam”, – partiya sədri qeyd edib.

Əli Əliyev “qara maskalılar” tərəfindən saxlanılması ilə bağlı sualı da cavablandırıb: “Qara maskalılar olmayıb. Mən binada olanda ancaq sayğılı münasibət görmüşəm. Özləri də deyiblər ki, Sizi ziyalı kimi qəbul edirik. Dəvət olunmağımın səbəbi kimi yalnız aparılan cinayət işinin təfərrüatının aydınlaşdırılması göstərilib. Mən də o barədə bildiklərimin hamısını demişəm”.

18:33

Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyevin saxlanılması barədə məlumat yayılıb. Bu məlumatı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün Facebookdakı səhifəsindən paylaşıb. Əvvəl Zeynallı bu məlumatı Əli Əliyevin yaxınlarına istinadən paylaşdığını qeyd edib. Baş redaktor həmçinin “Bumeranq” TV-nin baş redaktoru Elçin Rəhimzadənin də saxlanıldığını qeyd edib. İstintaq orqanlarından bildirilib ki, hazırda VİP sədri və “Bumeranq” TV-nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda onlar sərbəst buraxılacaqlar. Qeyd olunub ki, adları çəkilən şəxsləri sadəcə, ifadə üçün dəvət ediblər. “Prosesdə heç bir qara maskalı olmayıb, heç bir yerdə axtarış aparılmayıb, heç bir yer dağıdılmayıb”. (musavat.com)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki