Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Gürcüstanda biznesi olduğu məlum olub. Bu barədə məlumatı bloger Cavanşir Həsənli yayıb.
Yayılan sənədlərdən belə çıxır ki, Həsənovlar ailəsinə məxsus “DULCE NUTRITION” MMC 2017-ci ilin oktyabr ayında Tbilisinin İsani rayonunda, Tedzami küçəsi, 5 ünvanında qanuni qeydiyyatdan keçib.
Şirkətin direktoru Sənan Abdullayevdir, onun 100% payı Şamxal Həsənliyə məxsusdur. Şirkətin profili məlum deyil.
Sənan Abdullayevin adı həmçinin Gürcüstanın Dövlət Reyestrinin Milli Agentliyində qeydiyyatdan keçən bir sıra digər şirkətlərin təsisçilər siyahısında aşkarlanıb.