image-fb_img_1659240806561backend

Əli Kərimli Tərtər cinayətini törədən şəbəkənin geosiyasi ortağıdır!-Sahib Kərimlidən möhtəşəm YAZI

image-reklam_sirab_01

İki gündür Əli Kərimlinin Tofiq Şahmiradovla bağlı paylaşdığı yazı müzakirə olunur. Digər siyasi məhbuslarla onu eyniləşdirməsi, “Tərtər işi” ilə bağlı Şahmuradovun mövqeyini və zərərçəkənlərə vurduğu mənəvi zərbələri Kərimlinin nəzərə almaması kəskin tənqid olunur. Əli Kərimli ictimai rəyin qarşısında geri çəkilmək istəmir. Yalnız, yazdığı statusun altında bir şərh yazıb və qeyd edib ki, Tərtər cinayəti ilə bağlı detallı bilgilərə malik deyil və Validə xanım başda olmaqla zərərçəkənlərin mövqeyini bölüşür.

Doğrusu iki gün gözlədim ki, hər fürsətdə tənqid yazıb, qərəzli görünməyim. Yəqin ki, ictimai rəyi nəzərə alar və geri addım atar. Amma olmadı. Əksinə, ətrafına göstəriş verdi və mövqeyini əsaslandıran kampaniya təşkil etdi.

“Tərtər işi” milli sistem probleminin həllində açar məsələdir. Bu cinayətin hüquqi və siyasi qiymət alması, təkcə zərərçəkənlərin hüquqlarının bərpası və günahkarların cəzalanması ilə nəticələnəcək proses deyil. Bu, geosiyasi məsələdir. Bu, Rusiyanın 5-ci kolonunun ifşası ilə yekunlaşacaq məsələdir. Bu, ordunun təmizlənməsidir. Bu, hüquq sisteminin sağlamlaşmasına gətirib çıxaracaq prosesdir.

Əli Kərimlinin sərgilədiyi mövqedən çıxan nəticələr aşağıdakılardır.

1. Beş ildir küçələrdə haray salan zərərçəkənləri, öldürülən 14 nəfəri, günahsız həbs yatan onlarla insanı, işgəncə görən minlərlə hərbiçini və bir ildən çoxdur aparılan aktiv ictimai kampaniyanı ciddiyə almır, görməzdən gəlir. Əks halda, deməzdi ki, Tərtər cinayəti ilə bağlı detallı bilgilərə malk deyil.

2. İctimai rəyə, zərərçəkənlərə və onların hüquqlarını müdafiəsində aktiv iştirak edənlərə açıq-aşkar hörmətsizlik edir. Əks halda, yazısında paylaşdığı fotodan Tofiq Şahmiradovun şəklini çıxarardı və ya yazını silərdi.

3. Tərtər cinayətinin açılmasına çalışacam deməklə, cəmiyyətə açıq yalan danışır və aldatmağa çalışır. Əks halda, bu vaxta qədər AXCP və Milli Şuranın bu məsələ ilə bağlı bir tədbirini, aksiyasını və ya hər hansı fəaliyyətini ortaya fakt kimi qoyardı.

4. “Tərtər işi”indəki zərərçəkənləri dinləmək, rəhbərlik etdiyi qurum vasitəsiylə onlara hüququ, siyasi və mənəvi dəstək verməklə bağlı heç bir addım atmayıb. Yalnız bir dəfə Validə xanım və Nasir bəylə görüşü olub. Bu görüş də zərərçəkənlərin öz təşəbbüsü ilə baş tutub və onlar ondan Hərbi Prokurorluğun qarşısındakı aksiyaya dəstək istəyiblər. Bu aksiyaya isə nə AXCP, nə də Milli Şura hər hansı qərarla dəstək ifadə etməyib. Müraciət hər hansı formada bu qurumlarda müzakirə olunmayıb, müraciətə rəsmi mövqe bildirilməyib, dəstək ifadə olunmayıb.

5. “Tərtər işi”nin ctimai təhqiqatı zamanı şahid ifadələrində adı çəkilən yüksək rütbəli hərbiçilərin və digər şəxslərin adını çəkməyib, onları tənqid etməyib. Əksinə, Hikmət Həsənovun ad gününü təbrik edən yazısını da səhifəsində saxlayır.

Yuxarıda sadaladığım nəticələrə əsasən deyə bilərik ki, Əli Kərimli, Tərtər cinayətini törədən şəbəkənin geosiyasi ortağıdır!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki