“Vətəndaşlara əlilliyin qiymətləndirilməsinə görə imtina gəlibsə, regional tibbi komissiyalara və ya Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin saytına onlayn növbəyə yazılaraq müraciət edə bilərlər”.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov “Sosial saat”da deyib.
O bildirib ki, bu halda vətəndaş yenidən müayinə olunur, sənədləri araşdırılır:
“İmtina düzgündürsə, vətəndaşa bu haqda məlumat verilir. Yox, əgər imtina şəxsin real vəziyyəti ilə ziddiyyət təşəkil edirsə, qiymətləndirmə aparılaraq əlilliyi bərpa olunur” – o qeyd edib.