image-35backend

Emin Hüseynov: “Qarabağda şəhərlərin məhvi həyata keçirilib”

image-reklam_sirab_01

“Azərbaycan böyük bir qələbə qazandı”.

Vətəninfo.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib.

“Ali Baş Komandanın rəhbərliyi ilə igid oğullarımız mümkünsüzü etdilər. Tarixi bir zəfər qazanıldı. Azərbaycan xalqı, dövləti çox möhtəşəm dövrü yaşayır. Biz bunun üçün bu günü bizə yaşadan igid oğullarımıza minnətdarıq. Dünyada bir sıra müharibələr olub. Onların nəticəsində yaranan dağıntıları görmüşük. Lakin Qarabağda vəziyyət tamamilə fərqlidir. Qarabağda dagintının miqyası, etnik təmizləmə məsələsini qeyd etməliyəm. Bir şəhərin tamamilə yerdən silinməsi dünyada çox nadir hallarda baş verir. Yaponiyaya atom bombası atıldığı zaman şəhər tamamilə dağılmışdı. Əhalinin tam olaraq məcburi köçkün vəziyyətinə düşməsi kimi hallar da dünyada görünməyib. Qarabağda etnik təmizləmə, şəhərlərin məhvi həyata keçirilib, bu vandalizm əlamətidir, sistemli şəkildə həyata keçirilmiş vandalizm aktlarının nəticəsidir”, – deyə o, qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki