Mətbuat yarandığı gündən insanları maarifləndirən ideoloji vasitədir.Və buna görədə bu gün mehz bu movzuya toxunmag istəyirəm. Kütləvi informasiya və təbliğatın əsas vasitəsi kimi mətbuat sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahıdır.
Azərbaycan dövləti də mətbuatı daim yüksək qiymətləndirərək onun cəmiyyətdəki yerini və nüfuzunu möhkəmlətməyə çalışıb.Eyni zamanda Azerbaycan metbuatida bizim ənənələrimizi qoruyub saxliyib.Qisaca mətbuatimizin yaranmasindan ve bu illər ərzində nələr yaşamasından danışmağ istəyirəm.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım olmuşdu. Həmin fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Bu qətiyyətli addım 1875-ci ildə «Əkinçi» qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi.
Həmin dövrdə Azərbaycanın özünün iqtisadi imkanlarının nisbətən zəif olmasına baymayaraq, Ulu öndər Heydər Əliyev maliyyə vəziyyəti ağır olan qəzetlərə maddi-texniki dəstəyin göstərilməsi təşəbbüsü ilə çıxış edirdi.
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli fərmanı «2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı» jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.
Ümumilikdə, Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli «Kütləvi İnformasiya Vasitələri haqqında», 19 iyun 1998-ci il tarixli «Məlumat azadlığı haqqında», 10 iyun 1997-ci il tarixli «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında», 3 aprel 1998-ci il tarixli «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və digər qanunlar mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açdı.
“Əkinçi”dən sonra bir-birinin ardınca çap olunan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” kimi mətbuat orqanlarında bu məktəbin maarifçilik ideyaları davam etdirilirdi. Adı çəkilən qəzetlərdə fəaliyyət göstərən dövrün görkəmli yazarları, həqiqi mənəviyyat adamları, vətənpərvər ziyalıları insanlara mətbuatın nə qədər böyük məfhum olduğunu, cəmiyyətin həyatında mühüm rol oynadığını aşılamağa çalışırdılar.
Bundan sonrakı illərdə Azərbaycanda “Şərqi-rus”, “Həyat”, “Açıq söz”, “Azərbaycan” kimi qəzetlər, 1906-cı ildə isə mətbuatımızın incisi olan “Molla Nəsrəddin” jurnalı işıq üzü gördü. Ümumiyyətlə, XX əsrin əvvəllərində nəşr olunan müxtəlif qəzet və jurnallar mövcud ictimai-siyasi sistemin keyfiyyətini əsaslı şəkildə dəyişməyə nail olurdu. Bu, Azərbaycan mətbuatı tarixində yeni, inqilabi bir mərhələ idi. “Molla Nəsrəddin” jurnalı bu mərhələdə xalqın maariflənməsi, onun oyanışı və dirçəlişi yolunda böyük uğurlara imza atmışdı.
Qisacasi iller keçsə belə mətbuatimiz inkişaf etmiş,nə çətinlik olsa belə onun üstəsindən gəlmişdir.
Və 22 iyul Milli mətbuat günüdür.Mətbuatimizin 146ci ili olacaq. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə, mətbu ənənələrə malik olması demokratik milli jurnalistikanın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Bu gün ölkə mətbuatı ictimai-siyasi və mədəni həyatımızın inkişafında mühüm rol oynayaraq, bizi dünyaya tanıdır.
NESIMI RAYONU GENCI: MEMMEDOVA GÜNAY