İranın xarici işlər naziri Abbas Əraqçı Aİ-nin yeni sanksiyalar tətbiq etmək və SEPAH-ı terror təşkilatı kimi tanımaq qərarını pisləyərək, “Avropanın münaqişəni qızışdırmaqla məşğul olduğunu” vurğulayıb.
Vətəninfo.az xəbər verir ki, o, eləcə də qeyd edib ki, heç biri avropalı olmayan bir neçə ölkə hazırda regionda tammiqyaslı müharibənin qarşısını almağa çalışır.
Nazir “X” hesabında yazıb: “Şübhəsiz ki, regionumuzda baş verə biləcək tammiqyaslı müharibədən, o cümlədən enerji qiymətlərinin artmasının yan təsirlərindən çox əziyyət çəkəcəyi üçün Aİ-nin hazırkı mövqeyi onun öz maraqlarına ciddi şəkildə zərər vurur. Avropalılar hökumətlərinin onlara təklif edə biləcəyindən daha çox şeyə layiqdirlər”.


























