image-reklam-veteninfo
image-1backend

Ərdoğan Pezeşkianla görüşdü – COP31 çərçivəsində mühüm təmas

image-reklam-veteninfo

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Vətəninfo.az xəbər verir ki, görüş Antalyada, COP31 tədbirləri çərçivəsində baş tutub.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, AK Partiyasının sədr müavini və partiya sözçüsü Ömər Çelik, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Prezident Administrasiyasının rəhbəri Həsən Doğan və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.

Görüşün gündəliyi və müzakirə olunan məsələlərlə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki