image-erdogan-putinbackend

Ərdoğan Putinlə görüşə hazırlaşır-TEHRANDA

image-reklam_sirab_01

İyulun 19-da Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan Tehranda görüşəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

O, Rusiya-İran-Türkiyə arasında dövlət başçıları səviyyəsində üçtərəfli görüşün olacağını qeyd edib.Amma Dmitri Peskov görüşdə hansı məsələlərin yer alacağını vurğulamayıb.

Milli Məclisin üzvü Məşhur Məmmədov keçirilməsi gözlənilən görüşlə bağlı bildiirib ki, Kremlin rəsmisi  görüşün mahiyyəti haqqında geniş açıqlama verməsə də, təbii ki, Ərdoğan-Putin görüşünün ana başlığı NATO-nun son toplantısı,İsveç və Fillandiyanın NATO-ya üzvülük məsələsində rəsmi Ankaranın sərgilədiyi mövqe,Ukraynaya qarşı Rusiyanın hərbi müdaxiləsi fonunda dünyada yaranan taxıl problemi və s.məsələlər olacaq.

Millət vəkili qeyd edib ki, Rusiya Ukraynaya qarşı təcavüzkar hərbi müdaxiləsi fonunda beynəlxalq ictimayyət tərəfindən təcridolunma prosesini həzm edə bilmir: “Əlbət də rəsmi Moskva indi Türkiyənin timsalında bu embarqolardan,basıqlardan az da olsa qurtulmaq istəyir.Bunun müqabilində Ankaranın Putindən istəyəcəyi ciddi məsələlər vardır.Bunların başında da  Cənubi Qafqaz və Zəngəzur məsləsidir ki, Ərdoğan Putindən “Zəngəzur dəhlizi”nin açılması prosesində Ermənistanın bir anöncə sürətləndirlməsin istəyə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki