image-55backend

Erməni jurnalist ölümlə təhdid olunur

image-reklam_sirab_01

Ermənistanda müharibədən sonrakı vəziyyəti işıqlandıran jurnalistlərdən biri olan Tatul Akopyan ölümlə və zorakılıqla təhdid olunur. Bu barədə məlumatı Böyük Britaniya vətəndaşı, jurnalist Onik Qriqoryan öz tviter hesabında paylaşıb: “Tatul ABŞ-da diaspor icmalarına etdiyi tur zamanı, həmçinin Ermənistanda zorakılıq və ölüm təhdidləri alıb. Hazırda Amerika polisi onun ölkədə olduğu son günlər üçün təhlükəsizliyini təmin edir. Tatul Ermənistanda post-müharibə vəziyyətini ciddi şəkildə işıqlandıran az sayda jurnalistlərdən biridir. O əmindir ki, təhdidlər “Böyük Ermənistan” arzusu ilə yaşayan şəxslərdən gəlir. Politoloq Arman Qriqoryan onları “Erməni talibançılar” adlandırır”, – Qriqoryan yazıb.

Tatul Akopyan Ermənistanın jurnalist icmasına, ölkənin hüquq müdafiəçisinə, Baş prokuroruna və ABŞ-ın İrəvandakı səfirinə müraciət ünvanlayıb. O, müraciətində dekabrın 10-u İrəvana qayıdacağını qeyd edib. Onun sözlərinə görə, ölkəyə qayıdan kimi təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək və lazımi materialları təqdim edəcək.

Qeyd edək ki, Onik Qriqoryan həmkarının hansı səbəbdən ölümlə təhdid edildiyinə dair dəqiq məlumat verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image