image-armenbackend

Erməni mediası Armen Qriqoryanın cavabın Azərbaycan prezidentinin sözü ilə verib: Dağlıq Qarabağ münaqişəsi yoxdur. Üstəlik, “Dağlıq Qarabağ” anlayışı belə yoxdur.

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, iyunun 17-də Ermənistanın  Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sədrliyi ilə KTMT Təhlükəsizlik Şurası Komitəsinin növbəti iclası keçirilən iclası zamanı yenə sərsəmləyib. Armen Qriqoryan deyib ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb, problemin hərtərəfli həlli ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində verilməlidir.

Qriqoryan  eymi zamanda Zəngəzur dəhlizi ilə bağlı da danışıb.  Təhlükəsizlik Şurası katibi vurğulayıb ki, dəhliz məntiqi ilə Ermənistan ərazisində nəqliyyat marşrutu ola bilməz, çünki 9 noyabr (2020-ci il), 11 yanvar və 21 noyabr (2021) üçtərəfli bəyanatlarında dəhlizlərdən bəhs edilmir.

Ermənistan mətbuatı Azərbaycan rəsmilərinin və  mediasının  cavabın gözləmədən özləri Qriqoryanın cavabın veriblər.Özü də Azərbaycan respublikasının prezidenti İlahm Əliyevin sözləri ilə.

Erməni müxalifətinin media orqanlarından olan “hraparak.am” saytı bununla bağlı təqdim etdiyi yazıda bunları qeyd edir: Görünür Qriqoryan bu gün müharibədən dərhal sonra rəisindən daha “xoşbəxtdir”. Azərbaycan prezidenti İlham Əliyev dəhlizlərdən danışanda Qriqoryanın rəhbəri, Ermənistan Respublikasının baş naziri postunu tutan şəxs ağzını tutub susurdu”. Qəzet Qriqoryanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bağlı  sərsəmləməsinə də tutarlı cavab verib: “ Qayıdaq birinci suala – ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllini təmin etmək. Bu qrup artıq orijinal (de-fakto) statusunda mövcud deyil! Bu birincisi. İkincisi Rusiya-Ukrayna müharibəsi səbəbindən onun canlanması çətin ki. Və nəhayət, münaqişənin üçüncü və ən mühüm hissəsi, Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi yoxdur. Üstəlik, “Dağlıq Qarabağ” anlayışı belə yoxdur. İndi sual olunur ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi bütün bunları dərk etmirmi? Güman edirik  ki, o, axmaq deyil.  O halda ikinci sual yaranır: əgər o, başa düşsə ki, Minsk Qrupu artıq əvvəlki kimi ola bilməz, təbii ki, əvvəlki funksiyasını yerinə yetirə bilməz, o zaman o strukturun adını niyə çəkir? İkincisi, KTMT Təhlükəsizlik Şurası Komitəsinin növbəti iclasında niyə bu adı xüsusi olaraq çəkir? Rusiyanın tələbi ilə formalaşan struktur. Rusiya isə bu gün ATƏT-in adının az qala tabu olduğu ölkədir. Bu suala məntiqli cavabım yoxdur.  Qriqoryanın  təfəkkür problemi olmadığını artıq qeyd etdiyimiz üçün onun da cavabı olmadığını güman edirik. Əlbəttə, demək olar ki, ATƏT-in adının verilməsi onun təşəbbüsü deyil, bunu həmişə ondan yuxarı olan şəxs edir”.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki