Ermənistan parlamentinin sədri Alen Simonyan fransalı həmkarı Jerar Larşe ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.
Veteninfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə erməni spiker rəsmi Bakını 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edib. Simonyan həmkarının xahişi ilə müharibədən sonrakı vəziyyətin təfərrüatlarını açıqlayıb.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi və mandatı çərçivəsində sülh yolu ilə həllinin vacibliyini, o cümlədən müharibə nəticəsində yaranmış humanitar problemlərin təcili həll edilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər parlamentlərarası əməkdaşlıq məsələsinə, eləcə də Ermənistan-Fransa siyasi dialoqunun dinamikasına da toxunublar.
Görüş Ermənistan parlamenti ilə Fransa Senatı arasında Əməkdaşlıq Sazişinin imzalanması ilə başa çatıb.