Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə:
“Sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan Milli Təhlükəsizlik Xidmətinə məlumat verib ki, Azərbaycan hərbi hissələrindən birinin hərbçisi xidmət yerini naməlum şəraitdə tərk edib.
Onun Ermənistan Respublikası sərhədini qanunsuz keçə biləcəyi istisna edilmir. Bundan sonra Ermənistan və Azərbaycanın səlahiyyətli orqanları müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
1 oktyabr saat 14:15-də Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin 112 əməliyyat idarəetmə mərkəzinə Sünik rayonunun Şaki qəsəbəsində Ermənistan vətəndaşının ayağından güllələnməsi barədə siqnal daxil olub.
Daxili İşlər Nazirliyinin müxtəlif polis bölmələrinin əməliyyat qrupları hadisə yerinə yola düşüb. Hadisənin bütün hallarını aydınlaşdırmaq üçün təcili tədbirlər görülüb. Məlum olub ki, cinayəti Azərbaycan hərbçisi törədib və o, həbs edilib.
Hadisənin təfərrüatları da Azərbaycan tərəfinə təqdim edilib. Hadisə ilə bağlı Ermənistan Respublikası İstintaq Komitəsində cinayət işi başlanıb”.
Azərbaycan tərəfi məlumatın həqiqətə uyğun olub-olmaması haqda hələ məlumat verməyib.


























