image-56backend

Ermənilər öz itkilərini elan etdilər – əsirlərlə bağlı danışıqlar gedir

image-reklam_sirab_01

Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhədin Laçın-Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı erməni ordusunun verdiyi itkilər barədə rəsmi məlumat yayıb.

Veteninfo.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, noyabrın 17-i səhər saatlarına qədər 1 hərbçinin öldüyü dəqiqləşib, daha 13 hərbçi əsir düşüb. 24 erməni hərbçisinin isə taleyi məlum deyil. Habelə döyüşlər nəticəsində ermənilərin 2 postu Azərbaycan ordusunun nəzarətinə keçib.

Bildirilir ki, hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə “situasiyanın nizamlanması və əsir əsgərlərin qaytarılması” barədə danışıqlar gedir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki