image-lacinbackend

Ermənistan Laçından yan keçən yolun layihələndirilməsi işinə başlayıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Azərbaycanın Laçından yan keçək yolun son tamamlama işlərin yekunlaşdırsa da, Ermənistan tərəfi Laçını və digər kəndləri boşatma prosesini uzatmaq üçün layihələndirmə işlərinə indi başlama cəht edir.

image-lacin

“Azadlıq”  radiosunun erməni xidməti bununla bağlı yaydığı məlumata qeyd edilir ki, erməni tərəfi Laçından yan keçən yolun layihələndirilməsi işinə başlayıb: təxminən bir ay əvvəl Ermənistanın Kornidzor sakinləri kəndin yaxınlığındakı əkinlərdə layihəçilərin diqqətini çəkiblər. İcma administrasiyasının üzvü Sevada Danielyan erməni birosuna bildirib ki, hökumət  yəqin ki, işə başlamazdan əvvəl kəndlilərin məhsul yığımını bitirməsini gözləyirdilər.

 

“Hələlik heç nə yoxdur, çünki insanlar tarlalardan məhsul yığmağa yeni başlayır, bəlkə də bütün kənd təsərrüfatı işlərinin bitməsini gözləyirdilər ki, sonradan öz işləri ilə məşğul olsunlar. Onların dəqiq nə etdiklərini deyə bilmərəm,mənbu işdə ekspert deyiləm”.

 

Qeyd edək ki,Ermənistan hökumətinin iyunun sonunda keçirilən iclasında qərar qəbul edilib ki, bir sıra yollarda geodeziya və kartoqrafiya işlərinə, o cümlədən M-12 Kornidzor- Xankəndi avtomobil yolunun yenidən qurulmasına pul ayrılır. Layihənin hazırlanmasında bir neçə şirkət iştirak edir.

 

Ermənistanı Xankəndi ilə  birləşdirəcək və Laçın dəhlizini əvəz edəcək yeni yol Ermənistanın Sünik rayonunun Tex və Kornidzor kəndləri, həmçinin Ermənistanın Hin Şen və Mets Şen kəndlərindən keçməklə  Qarabağa gedir.

Məlumatda deilir ki, bu erməni kəndlərinə yaxın ərazilərdə türk və azərbaycanlı inşaatçılar artıq yolun tikintisinin son mərhələsindədirlər, erməni tərəfi isə layihələndirmə işlərinə yenicə başlayır. Hin Şen icmasının rəhbəri Samvel Sarkisyan isə bildiirb ki, Azərbaycan tərəfi asfalt örtüyünün birinci qatının döşənməsini tamamlayırlar, onları birləşdirmək üçün dörd kilometrlik hissə qalıb. Samvel Sarkisyan iddia edir ki, torpaq işləri başa çatsa da  lakin Azərbaycan tərəfinin yayda asfalt örtüyünü başa çatdırmaq ehtimalı yoxdur.

 

Qeyd edək ki, Ermənistandan fərqli olaraq  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun iyulda hazır olacağını bildirib.

Amma rəsmi erməni dairələri Laçın dəhlizini əvəz edəcək və Ermənistanı  Qarabağla birləşdirəcək yeni yolun tikintisinin vaxtı barədə danışmır.

 

Qeyd edək ki,işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri yol infrastrukturunun bərpasıdır. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. Artıq yolun asfaltlanmasına başlanılıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmlidir.

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2×2.5 (5 m) metr təşkil edir.
Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Layihəyə uyğun olaraq torpaq yatağının tikintisi, suni qurğuların inşası işləri görülür. “İnşaat Norma və Standartları”na uyğun olaraq yararsız qrunt, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, yeni torpaq yatağının və yol əsasının inşası həyata keçirilir. Yol əsası hazır olan hissədə yeni asfalt-beton örtüyünün döşənməsinə də start verilib.

Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və müxtəlif süni qurğuların tikintisi də icra olunur. Bu çərçivədə yolun 22-ci km-də inşa edilən və uzunluğu 149.5 metr, eni 13.5 metr olan 4 aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələ üzrə icra olunur.

image-lacin-yolu3

Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilir.

Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki