Ermənistan Rusiyanın ən yeni Ka52M və Mi-28NE hücum helikopterlərinə maraq göstərir.
Veteninfo.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində “Rus Helicopters” holdinqinin baş direktoru Andrey Boqinski bildirib.
Onun sözlərinə görə, bunlara Ermənistandan başqa Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri də maraq göstərir.
Qeyd edək ki, Mi-28NE helikopteri hava hədəflərini, tankları və zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub, həmçinin kəşfiyyat və patrul xidməti üçün də istifadə oluna bilər. Mi-28NE silah kompleksinə 30 mm-lik daşınan top, 6 və 10 kilometr mənzilli üç növ tank əleyhinə idarə olunan raketlər, iki növ idarə olunmayan raketlər, 500 kq-a qədər olan bombalar daxildir.
Xatırladaq ki, Rusiyanın iyirmidən çox müxtəlif modelli helikopteri Ermənistan ordusunda xidmətdədir.