Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmağa hazırdır.
Veteninfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.
“Hökumətin proqramında qeyd olunduğu kimi, Ermənistan Türkiyə ilə münasibətləri ilkin şərt olmadan normallaşdırmağa həmişə hazır olub. Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazır olduğunu bəyan edib”, – nazirliyin sözçüsü bildirib.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur və iki ölkə arasında sərhəd 1993-cü ildən bağlıdır.