Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti oktyabrın 19-da Azərbaycan vətəndaşının Ermənistan Respublikasının sərhədini keçdiyini təsdiqləyib.
Vətəninfo.az xəbər verir ki, Xidmət bununla bağlı açıqlama yayıb:
“19 oktyabr 2026-cı il tarixində, təxminən saat 17:50 radələrində, Azərbaycan Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Qasımov Yaşar Əli oğlu Ermənistan Respublikası ərazisində (Tavuş rayonu) aşkar edilib.
Aparılan yoxlama tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşının azdığı üçün Ermənistan Respublikası ərazisində qaldığı məlum olub.
Azərbaycan Respublikası vətəndaşının geri qaytarılması üçün müvafiq tədbirlər görülür”.publika.az


























