image-49backend

Ermənistanda Azərbaycana gedəcək dəmir yolunun bərpası qiymətləndirilir

image-reklam_sirab_01

Ermənistan ərazisində Yerasx (Arazdin) – Culfa – Ordubad – Meğri (Ermənistanın Sünik rayonu) – Horadiz dəmir yolunun bərpasına çəkilən xərclər təxminən 226 milyon dollar təşkil edəcək. Bu barədə “Sputnik Ermənistan”-ın sorğusuna cavab olaraq respublikanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Meğri bölgəsindəki işlərin 221 milyon dollara başa gələcəyi gözlənilir, dəmir yolu hissəsinin uzunluğu təxminən 45 kilometr olacaq. Bundan əlavə, Yerasx ərazisində (təxminən bir kilometr) nəqliyyat hissəsinin bərpası üçün təxminən 5 milyon dollar tələb olunacaq.

“Hesablamalar köhnə infrastruktur (stansiyalar və s.) nəzərə alınmaqla aparılır”, – deyə nazirlikdən bildirilib.

İdarədən qeyd ediblər ki, əlavə infrastrukturun yaradılmasından və onun tikintisinin dəqiq dəyərindən yalnız layihənin texniki-iqtisadi əsaslandırması tərtib edildikdə danışmaq mümkün olacaq.

Baş nazir Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, Ermənistan və Azərbaycan Yerasxdan Füzuliyə dəmir yolunun tikintisini iki-üç il ərzində başa çatdırmağı planlaşdırır.

Dekabrın 16-da Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib ki, Azərbaycanla dəmir yolunun iki hissəsinin tikintisinə 1,2 milyard dollar lazımdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image