image-photo-2021-12-20-08-49-35-1backend

Ermənistanın ərazisinə Azərbaycanın hər hansı bir səbəb olmadan müdaxilə etməsi ilə bağlı rəsmi İrəvanın iddiaları əsassızdır.

image-reklam_sirab_01

Bizim dilimizdə məşhur bir atalar sözü var:oğru elə bağırdı ki,doğrunun bağrı yarıldı.Ermənistanın bu mənasız iddiaları insana bu atalar sözünü xatırladır.İllərdir torpaqlarımızın iyirmi faizini işğal edib,vətəndaşlarımızı öz doğma yurd-yuvasından çıxaran,milli-mədəni,tarixi abidələrimizi vəhşicəsinə məhv edən ölkə indi bizim onların ərazisinə səbəbsiz yerə müdaxilə etdiyimizi iddia edir.Hələ qırx dörd günlük vətən müharibəsi dövründə Ermənistan ordusunun Gəncəni,Bərdəni,Tərtəri necə bombaladığının hamımız şahidi olduq.Döyüş zonasından kilometrlərlə uzağda yerləşən bu şəhərlərin bombalanması Ermənistanın iç üzünü bütün dünyaya bir daha göstərir,onun necə terrorçu bir dövlət olduğunu sübut edirdi.Ermənistanın bu cür nəinki insani heç müharibə qanunlarına belə sığışmayan hərəkətləri isə beynəlxalq aləmdə çox sakit qarşılanırdı.Lakin Azərbaycanın öz doğma torpaqlarını işğaldan azad etmək,ərazi bütövlüyünü bərpa etmək üçün atdığı kiçik bir addımda şişirdilir və tamamilə başqa cür yozulurdu.Eləcədə dünya ictimayyətinə Azərbaycanın əleyhinə olan yanlış informasiyalar verilirdi.Hətta qadağan olumuş silahlarla bombalanmış və dağıdılmış şəhərlərimizin görüntüləridə guya Azərbaycanın bombaladığı ərazilər kimi dünyaya təqdim edilirdi.
Əslində Ermənistanın bu cür barbar hərəkətləri Azərbaycan ordusunun bu terror hadisələrinə cavab verməsinə və beləliklədə ölkəmizi Ermənistanın ərazisinə müdaxilə və ya qəsb etməkdə ittiham etməyə hesablanmış addımlar idi.Amma Azərbaycan hətta müharibənin bu cür şiddətli dövründə belə öz təmkinini qoruyur və mənfur düşmənin cavabını döyüş meydanında,cəbhədə verirdi.
Uzun sözün qısası Azərbaycan müharibə dövründə belə Ermənistan hər cür fitnə-fəsadına rəğmən onun ərazisinə müdaxilə etmədi.Hər zaman sülhün tərəfdarı olan,heç bir dövlətin ərazisində gözü olmayan Azərbaycanın müharibə bitdikdən sonra Ermənistan ərazisinə müdaxilə etməsi iddiası absurddur.Şübhəsiz ki,bu cür iddialar müharibədə məğlub olmuş Ermənistanın Azərbaycanın nüfuzuna xələl gətirmək üçün atdığı gülünc addımlardır.
Onuda qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsidir. Ötən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə ərazidə iqlim şəraiti əlverişsiz idi. Qar əriməyə cari ilin may ayında başladı və dərhal Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı. Sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, ordumuz dövlət sərhədində mövqe tutdu.
Əgər bu gün sərhədlə bağlı iki ölkə arasında problemlər varsa bunun bütün məsuliyyəti yalnız Ermənistanın üzərinə düşür.Çünki bu gün ki,problemlər Ermənistanın işğalçılıq siyasətinin nəticəsidir.

Nəsimi Rayon gənci Əliyeva Fidan

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki