image-img-20220507-wa0029backend

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm siyasəti

image-reklam_sirab_01

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm siyasəti

 

Dağlıq Qarabağ münaqişəsinin həllindən artıq 2 il keçir. 44 gün davam edən müharibədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. BMT-nin Təlükəsizlik şurası Azərbaycan torpaqlarını işğal edən Ermənistana qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələri yerinə yetirməyi və münaqişəni hərbi-siyasi yolla həll etməyi tələb etdi.

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə müqavilə imzalandı. Bağlanılan sazişə görə işğalçı dövlətin hərbi qüvvəlləri Ağdam, Kəlbəcər, Laçın rayonlarından çıxarıldı. Ordumuz döyüş meydanında 300-dən çox şəhəri və kəndi azad etmişdir. Sazişə əsasən Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ ərazisinə yerləşdirildi. Ağdam rayonunda Rusiya və Türkiyə monitorinq mərkəzi yaradıldı. Azərbaycan qalib ölkə kimi Ermənistanla sülh danışıqlarının aparılmasına və sərhədlərin açılmasına hazırdı. Ümidvarıq ki, Ermənistan rəhbərliyi öz çirkin xislətindən əl çəkib, Azərbaycan və Türkiyə ilə sülh danışıqların aparılmasına razılıq verəcək.

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında misli görünməyən barbarlıq törədib. 30 illik işğal dövründə demək olar ki, yaşayış məntəqələri evlər, binalar, yollar, körpülər, tarixi abidələr dağıdılıb. Hələ bu az imişkən, Ermənistan Qarabağ ərazisində minalar basdırıb. Bir çox hərbiçi və mülkü şəxslərimiz minaya düşərək həlak olub və ciddi xəsarət alıb. Həllədə işğaldan azad edilmiş torpaqlarda bu problem həll olunmayıb. Çünki, Ermənistan rəhbərliyi minalanmış ərazilərin xəritələrini  Azərbaycan tərəfinə verməkdən imtina edir. Füzuli və Ağdam şəhərlərində bütün məscidlər dağıldılıb. Həmin məscidlərdə inək və donuz saxlanılıb. Bir sözlə müsəlmanların heysiyyətini qəsdən təhqir ediblər. Zəngilan, Qubadlı, Şuşa şəhərləridə eyni vəziyyətdədir. Şuşa şəhərində yalnız bir məscid “Qondarma tolerantlıq” kimi saxlanılıb. Oda fars məscidi kimi təqdim edilirmiş. Qarabağ ərazisində evlər, binalar kərpic-kərpic, daş-daş sökülüb İrana və Ermənistana satılıb. Hətta təbiətədə böyük ziyan vurulub. Neçə min hektara yaxın meşələr qırılıb məhv edılib. Digər təbii resuslar qanunsuz olaraq istismar edilib. Oxçuçay da 30 il ərzində çirkləndirilmişdir. Bir sözlə işğalçı Ermənistan dövləti Azərbaycana qarşı həm etnik təmizləmə siyasəti aparmaq yanaşı həmdə vandalizm törədib. Ermənistan İranla əlbir olaraq Qarabağ ərazisindən Avropaya narkotrafik üçün istifadə edib. Ermənistan Cəbrayıl rayonundan keçməklə Avropa ölkələrinə bir çox narkotik vasitələr daşıyırdı. Azərbaycan müharibə dövründə Ermənistanın hərbi əsirlərini Azərbaycanlı hərbi əsirlərini bizə verməsindən daha öncə verib. Ermənistanın Şirak ərazsində Azərbaycana qarşı təxribat hazırlanmışdır. Lakin Azərbaycan Silahlı Qüvvəllərinin səyi nəticəsində bu təxribatın qarşısı alınmışdır.

Qarabağ qısa zamanda cənnətə çevriləcək. 30 il işğalda qalan torpaqlarımızın bir qismini hərbi əməliyyatlar gücünə digər qismini isə sülh yolu ilə aldıq. 10 Noyabr bağlanılan sülh sazişi hər bir azərbaycanlının əbədi yaddaşına həkk olunacaq. Çünki, bu bizim haqq savaşımız idi. Və biz qalib gəldik. Müharibə cəmi 4 aya yaxındır ki, bitib. Amma görün nə qədər böyük işlər görülüb. Demək olarki, artıq bərpa işləri başlanılıb. Bu onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Cənab prezident İlham Əliyevində bəyan etdiyi kimi, Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq. İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vuran Azərbaycan xalqı öz torpaqlarını bərpa etməklə qəhrəmanlıq salnaməsi yazdı.

44 gün davam edən müharibə sözün əsil mənasında prezident İlham Əliyevin yenilməz qüdrətini ordumuzun gücünü və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi.

30 il ərzində işğal altında qalan torpaqlarımız erməni vandalizminə məruz qalmışdır. Biz artıq bu torpaqlara qayıtmışıq və yenidən bərpa edirik. Füzuli şəhərində tikilən aeroport buna misaldır. Şuşa şəhərində avtomobil yolları tikilir. Həmin yollardan birinin adıda “ Qələbə yolu” adlanır. O cümlədən yolların, körpülərin, elektrik stansiyaların tikintisi artıq başlanılıb. Hətta məktəblər, xəstəxanalar və mədəniyyət ocaqlarıda salınacaq. Bir sözlə Qarabağ “Yaşıl enerji” zonasına çeviriləcək.

Kəlbəcər-Laçın zonasında külək stansiyaları tikiləcək. Çünki, orda çoxlu küləklər əsir. Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları tikiləcək. Çünki, orada da günəş enerjisi çoxdur. Şəhərlərin, kəndlərin bərpası yenidən qurulacaq. Bir sözlə azad olunmuş torpaqlarda pilot layihələrin icrası başlanılıb. Digər bir layihəmiz isə “Ağıllı kənd” layihəsidir. Bu layihə Zəngilan rayonunun Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində həyata keçiriləcək. Hətta dəmir yolları və ərazilərin minalardan təmizlənmə işləridə aparılacaq.

Nəsimi rayon təhsil işçisi

Abbasova Pərvanə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki