image-reklam-veteninfo
image-1backend

Ermənistanla sərhədlərin açılması üçün tək bir addım qaldı – Türkiyəli nazir AÇIQLADI

image-reklam-veteninfo

Türkiyə hakimiyyəti Ermənistanla sərhəd buraxılış məntəqələrində hazırlıq işlərini yekunlaşdırıb.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Onun sözlərinə görə, tərəflər bu məsələni Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan ilə apardıqları danışıqlar zamanı müzakirə ediblər.

Uraloğlu xüsusi olaraq vurğulayıb ki, həm dəmir yolu buraxılış məntəqəsi, həm də Əlican avtomobil sərhəd buraxılış məntəqəsi istismara tam hazırdır.

Türkiyəli nazir qeyd edib ki, Ankara və İrəvan Bakının maraqları üçün vacib olan məqamları nəzərə alaraq yekun razılığa gəldikdən sonra əlaqələrin bərpasını kifayət qədər operativ şəkildə həyata keçirmək mümkün olacaq.

Bununla yanaşı, Türkiyənin nəqliyyat naziri bu prosesin yaxın vaxtlarda baş tutacağına ümid etdiyini bildirib




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki