image-img-20220711-wa0034backend

Əsgərlikdən yayınan “Həkim” ağır diaqnozla necə işləyə bilər?

image-reklam_sirab_01

Cəlilabad rayon sakinləri rayondakı özəl tibb müəssisələrinin birində çalışan və guya bütün növ xəstəlikləri müalicə edən müəmmalı tibb təhsilli həkimin fəaliyyətindən narazıdırlar.

Bu barədə Veteninfo.az-ın redaksiyasına rayon sakinlərindən məlumat daxil olub.

Məlumatda iddia edilir ki özünü tibb sahəsində professor zənn edən Vüqar Şükürovun özünün ağır diaqnozlu xəstəlikdən, kəllə-beyin travmasından əziyyət çəkdiyi məlum olub.

Məlumatda o da vuruğulanır ki,rayon sakinləri özü bu cür ağır xəstəliklə mübarizə aparan həkimin pasiyentlərə düzgün diaqnoz qoya bilməməsinə görə öz narahatlıqlarını ifadə ediblər.

Sakinlər bildirib ki, Vüqar Şükürov ağır kəllə-beyin travması xəstəliyindən əziyyət çəkdiyi halda pasiyentləri necə müalicə edə bilər?

Sakinlər qeyd edib ki, əgər Vüqar Şükürov səhhətində heç bir problemin olmadığını və sağlam olduğunu iddia edirsə, o zaman xəstəliyi ilə bağlı bu ağır bu diaqnozu vaxtilə hərbi xidmətdən yayınması üçün hədə-qorxu və şantajla qoydurduğunu düşünə bilərik.

İddialara görə, hərbi xidmətdən yayınma yolunu saxta diaqnozla həyata keçiriblər.

Bundan əlavə, V.Şükürovun bütün növ xəstəliklərin guya müalicəsi ilə məşğul olduğu iddia olunur.

Qeyd olunub ki, o, Azərbaycanda heç bir baza tibb təhsili almayıb. Bildirilib ki, V.Şükürov Gürcüstanda qeyri-qanuni yolla, müəyyən pul qarşılığında diplom əldə edib və bundan sonra Cəlilabadda özəl tibb müəssisəsində fəaliyyətə başlayıb.

“Bu adamlar pula necə hərisdirlərsə, xalqın canını oyuncaq edib, xalqı məhv etməkdən belə çəkinmirlər. Hələ cinayət məsuliyyətindən kimə arxayın olub yayınırlar – sözün düzü, bizə qaranlıq qalıb” – məlumatda qeyd olunub.

Redaksiyadan: İddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image