image-reklam-veteninfo
image-tofiq-yaqublu-feremez-jpgbackend

Fərəməz Novruzoğlundan Tofiq Yaqublunun oğluna: ” I Qarabağ Savaşı gedən dövrdə sənin dədən Binəqədi İH-də 10 manata arayış satırdı”.

image-reklam-veteninfo
“Bu cavan oğlanın dediklərində yalnız bu cümlə doğrudu: Tofiq Yaqublunun oğluyam!
Bəli, o, həqiqətən də Tofiq Yaqublunun oğludur. Bunu sübut etmək üçün hər hansı bir DNT testinə ehtiyac yoxdur, söylədiyi ağ yalanlar Tofiqin oğlu olduğuna dair bariz sübutdur”.
Vətəninfo.az xəbər verir ki,bunu Naxçıvan MR-sı Ali Məvlisinin sabiq deputatı, Milli Azadlıq hərəkatının öncüllərindən olmuş Fərəməz Novruzoğlu ABŞ qaraguruhculuq və müxtəlif xarici kəşviyyat orqanlarının ödənişli maşasına çevrilmiş Rəhim Yaqublu ilə bağlı paylaşdığı açıqlamada qeyd edilir.
Fərəməz Novruzoğlu qeyd edir: “Deyir ki, atası 1-ci Qarabağ savaşının veteranıdır, döyüşlərdə göstərdiyi şücaətə görə, iki dəfə Milli Qəhrəman adına təqdim olunub, amma mütəvazi davranışı ilə fərqlənən Tofiq Yaqublu bundan qəti şəkildə imtina edib. Tanıdığım-bildiyim köhnə cəbhəçilərdən, veteran döyüşçülərdən soruşuram: bəlkə mən unutmuşam, Tofiq Yaqublu harda döyüşüb? O, döyüşlərdə hansı igidliyi göstərib ki, adı milli qəhrəmanlığa təqdim olunub? Həm də iki dəfə…Rəhim, oğul, üzündən görünür ki, atan qədər abırsız və həyasız deyilsən, az da olsa, müsbət keyfiyyətin var. Bala, dədənin hər dediyinə inanma. Bil ki, hər əyninə hərbi forma geyinib şəkil çəkdirən heç də o demək deyil ki, döyüşlərdə olub. I Qarabağ Savaşı gedən dövrdə sənin dədən Binəqədi rayon İcra Hakimiyyətində 10 manata arayış satırdı.
Hə, yaddan çıxmamış onu da deyim ki, dədən bu gün də ermənipərəst mövqeyi ilə diqqətləri çəkir. Qarabağ ermənilərinə hansı statusun verilməsi barədə dədənin fikirlərindən xəbərin var?
Bala, imtina et o dədəndən. O cür valideyn övladına başucalığı gətirməz”.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki