image-reklam-veteninfo
image-image_750x_6979275beb112backend

Finlandiya hesabatı: Rusiya İrəvan–Bakı münaqişəsində əsas rolunu itirib

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Finlandiya hərbi kəşfiyyatının 2026-cı il üzrə dərc etdiyi icmalda Rusiyanın Ermənistan–Azərbaycan münaqişəsində xarici vasitəçi kimi əvvəlki əsas mövqeyini itirdiyi bildirilir.

Hesabatda qeyd olunur ki, Rusiya Cənubi Qafqazda hələ də mühüm oyunçu olaraq qalır, lakin regiondakı təsiri nəzərəçarpacaq dərəcədə zəifləyib. Finlandiya tərəfinin qiymətləndirməsinə görə, həm Ermənistanın, həm də Azərbaycanın Moskva ilə münasibətləri son illərdə əhəmiyyətli dərəcədə soyuyub.

Sənəddə eyni zamanda vurğulanır ki, Gürcüstan son dövrlərdə siyasi baxımdan Rusiyaya daha da yaxınlaşıb.
İcmalda bildirilir ki, Moskvanın əsas strateji məqsədi — qlobal təsir dairəsini genişləndirmək — dəyişməz olaraq qalır. Rusiya hakimiyyəti Qərbi əsas təhdid kimi qiymətləndirir və Ukraynadakı müharibə, digər regional münaqişələr və hibrid müharibə üsulları vasitəsilə Qərbin mövqelərini zəiflətməyə çalışır.

Finlandiya hərbi kəşfiyyatının məlumatına görə, hazırda Rusiyanın əsas diqqəti postsovet məkanına, xüsusilə də digər xarici siyasət prioritetləri hesabına davam etdirilən Ukrayna müharibəsinə yönəlib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki