Ukraynadakı müharibə bitdikdən sonra Azərbaycan Rusiya təhlükəsindən narahatdır. Vətəninfo.az xəbər verir ki, Finlandiya prezidenti Aleksander Stubb bunu “Foreign Affairs” jurnalına verdiyi müsahibədə Ukraynadakı müharibədən sonra Rusiyanın Finlandiyaya və ya digər NATO ölkələrinə təhlükə yaradıb-görməməsi ilə bağlı suala cavab olaraq bildirib.
“Cənubi Qafqazdakı – Ermənistan, Azərbaycan və Gürcüstandakı dostlarımla, eləcə də Orta Asiyadakı dostlarımla nə qədər çox danışsam, bir o qədər əmin oluram ki, onlar bizim narahat olduğumuzdan daha çox narahatdırlar. Unutmaq olmaz ki, Rusiya 5-ci maddəni nə Finlandiyada, nə də başqa yerdə sınaqdan keçirməməlidir və əlbəttə ki, keçirməyəcək. Biz artıq Rusiyanın Ukraynadakı fundamental hərbi uğursuzluğunun şahidi olmuşuq. Buna görə də, Moskvanın 5-ci maddəni sınaqdan keçirmək qərarına gəldiyi ssenarini ciddi şəkildə düşünmürəm”, – deyə o əlavə edib.


























