image-77backend

“Firudin bəy Köçərli” mükafatı məşhur liseyin müdirinə verildi

image-reklam_sirab_01

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğluya “Firudin bəy Köçərli” mükafatı təqdim edildi.

 

Veteninfo.az xəbər verir ki, Kadir Bektaşoğlu AzEdu Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi bu mükafata “Orta təhsil pilləsində mükəmməl idarəçilik və nümunəvi məktəb brendinin yaradıcısı kimi” nominasiyası üzrə layiq görülüb.

 

Görüş zamanı mükafatın təqdim olunması ilə yanaşı, Kadir Bektaşoğlu AzEdu Təhsil Portalının əməkdaşları ilə Türkiyə və Azərbaycan arasında təhsil perspektivləri istiqamətində uğurlu addımların atılmasını müzakirə edib.

 

Kadir Bektaşoğlu orta təhsilin inkişaf paradiqmaları, yüksəliş meyilləri ilə bağlı maraqlı mülahizələrlə çıxış edib.

 

Qeyd edək ki, “Firudin bəy Köçərli” mükafatının təsis edilməsinin əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki