Gələn il Azərbaycanda dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatına 266,8 milyon manat ayrılacaq.
Vətəninfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2022-ci il dövlət büdcəsi haqqında” qanunda əksini tapıb.
Sənədə əsasən, mənzil-kommunal təsərrüfatı xərcləri ilkin variantla müqayisədə 1,8% çoxdur.
Ayrılacaq vəsaitin 49 milyon manatı mənzilə, 113 milyon manatı kommunal təsərüfata, 15 milyon manatı su təsərrüfatına, 90 milyon manatı isə mənzil və kommunal təsərüfatı ilə bağlı digər xidmətlərə yönəldiləcək.