backend

Gəncədə 4 500 abonentin təbii qaz təchizatı yaxşılaşdırılır

image-reklam_sirab_01

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Gəncə şəhərinin Məhsəti qəsəbəsində 4 500 abonentin təbii qaz təchizatının yaxşılaşdırılması üçün tənzimləyici quraşdırıb.

Veteninfo.az bu barədə quruma istinadən xəbər verir.

Bundan başqa, “Azəriqaz” şəhərin Qəmərli qəsəbəsində əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş diametri 225 mm olan polietilen qaz xəttinin istismara verilməsinə hazırlıq görür, qaz xəttinin qoşulması işləri icra edir.

Bundan əlavə Gəncə şəhərində Səbuhi Əliyev küçəsində “Təmiz Qaz” QSC-nin aşkar etdiyi yeraltı qaz sızmalarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki