image-1backend

Gəncədə qətl 30 manata görə törədilib

image-reklam_sirab_01

Gəncədə 37 yaşlı kişinin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Qətlə yetirilən 1987-ci il təvəllüdlü Vasif Həsənovun hadisəni törədən 1996-ci il təvəllüdlü Yaqub Həsənova 30 manat borcunun olduğu, qətlin bu səbəbdən baş verdiyi bildirilir.

Məlumata görə, buna görə Yaqub Həsənov ötən gün – yanvarın 25-də saat 22 radələrində Vasif Həsənovun yaşadığı ünvana gələrək ona zəng edib və çölə çağırıb. Bu zaman onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Yaqub Həsənovun Vasif Həsənovun qarın nahiyəsinə bıçaqla vurduğu bildirilir.

Vasif Həsənov xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Qətlə yetirilən 37 yaşlı V.Həsənov ailəli olub, 4 övladı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image