image-photo-2021-12-25-09-50-30backend

Gənclər arasında təhsil almaq prosesinin stimullaşdırılmasına xidmət edən qərar.

image-reklam_sirab_01

Ölkəmizdə tələbə gənclərin təhsil almalarının stimullaşdırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilməkdədir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə imzaladığı, tələbələrin və doktorantların sevinclə qarşıladığı ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılmasını nəzərdə tutan sərəncamları və fərmanı da məhz Azərbaycan gəncliyinə göstərilən qayğının əyani sübutudur. Bu günlərdə tələbələrin və doktorantların sevincinə səbəb olan, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılmasını nəzərdə tutan ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və fərman təhsilalanların qayğısı ilə bağlı dövlətin həyata keçirdiyi siyasətin bariz nümunəsidir. Sərəncamlar və fərman ali təhsilə marağı stimullaşdırmağa, əhalinin bütün təbəqələri üçün ali təhsilin əlçatan olmasını təmin etməyə, dövlət hesabına və ödənişli əsaslarla təhsil alanlar arasında sağlam rəqabət mühitinin yaradılmasına, elmə daha perspektivli gənclərin gəlməsinə xidmət edir. Azərbaycan Respublikasında tələbələrin təhsil almasının stimullaşdırılması istiqamətində illərdir ki, ardıcıl dövlət siyasəti həyata keçirilir. 110 min tələbənin təqaüdlərinin artırılmasını nəzərdə tutan bu sərəncam kompleks xarakter daşıyır və üç əsas konseptual məsələni əhatə edir. Dövlət başçısı tərəfindən həyata keçirilən bu tədbirlərdən sonra tələbələrin özü və ali təhsil müəssisələri arasında rəqabət ciddi şəkildə artacaq və tələbələr akademik göstəricilərini artırmaq, təqaüdçülər sırasına düşmək, daha yüksək təqaüdlər almaq üçün ciddi yarışa girəcəklər. Təbii ki, bu halda təhsilin səviyyəsi və keyfiyyəti artmış olacaq. Tələbələrin təhsil almaq, növbəti təhsil pillələrində təhsillərini davam etdirmək istiqamətində ciddi stimul yaranacaq. Eyni zamanda elmi-tədqiqatlarla məşğul olmaq istəyən gənclərin sayı artacaq. Məhz belə stimullaşdırıcı tədrbirlər onların magistratura və doktoranturada elmi tədqiqatlarını davam etdirməyə ciddi maddi təminat kimi çıxış edəcək. Təhsil alan gənclərin təqaüdlərinin artırılması haqqında dövlət başçısının bir daha düşünməsi, tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı verdiyi fərman və sərəncamları neft kapitalının insan kapitalına çevrilməsi yolunda böyük addımlarla irəliləməkdə olduğumuzun əyani sübutudur. Yeni artımla tələbələrin alacaqları təqaüd onların gündəlik xərclərini ödəməklə bərabər, həm də daha mükəmməl təhsil almaları üçün böyük bir motivasiyadır. Əlbəttə ki, daha yaxsı oxumağa can atan tələbə birmənalı olaraq daha yaxsı bir gənclik, layiqli bir vətəndaş olaraq yetişəcək, təhsil aldığı ixtisası üzrə gözəl bir mütəxəssis kimi formalaşacaqdır. Bu isə gəncliyimizə və gələcəyimizə edilmiş ən gözəl töhfələrdəndir.

Azərbaycan Dillər Universiteti- Fidan İbadova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki