Vətəninfo.az xəbər verir ki, İran ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki Hörmüz boğazı yalnız ABŞ və İsrailin hərəkətləri səbəbindən təhlükəli su yoluna çevrilib.
“Hörmüz boğazı həmişə təhlükəsiz və dinc bir keçid olub və hətta regiondan kənar ölkələr də gəmilərinin tranziti üçün bundan istifadə ediblər. Lakin bu təcavüzdən sonra vəziyyət dəyişib”, – deyə briqada generalı Məhəmməd Əkrəmian bildirib.
Generalın sözlərinə görə, digər ölkələrin boğazın təhlükəsizliyindən faydalanmağa davam etdiyi bir vaxtda, xüsusən də İranın su yolunun əhəmiyyətli bir hissəsinə nəzarət etdiyi üçün İranın təhdid və hücumlara məruz qalması qəbuledilməzdir.
O bildirib ki, qlobal enerji qiymətlərinin artmasında əsasən ABŞ günahkardır və bu, Hörmüz boğazındakı mövcud vəziyyətlə bağlıdır. O, Vaşinqtonun Fars körfəzinin və Cənub-Qərbi Asiyanın bir hissəsində (onun sözlərinə görə, bu, bir-biri ilə sıx bağlı olan bölgədir) qeyri-sabit vəziyyət yaratdığını, digər hissələrdə isə təhlükəsizlik və rifah gözlədiyini iddia edib.
General əlavə edib ki, “Amerika-İsrail təcavüzü qlobal bazarlara daha böyük təsir göstərməyə davam edəcək və enerji qiymətləri daha da artacaq”.
Akraminia bildirib ki, Fars körfəzindəki vəziyyətdən təsirlənən region ölkələri ABŞ-la üzləşməli və onun regionda yaratdığı şəraitə görə məsuliyyət tələb etməlidirlər.


























