image-11backend

General Rezai Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldı

image-reklam_sirab_01

İran polisinin rəis müavini, general Sərdar Kasem Rezai, İran-Azərbaycan sərhədindəki yaranmış vəziyyəti şərh edərkən, bəyan edib ki, İran Azərbaycanın işğal olunmuş ərazilərinin yalnız BƏZİLƏRİNİN azad edilməsindən məmnun ola bilər. Bu barədə virtualaz.org İranın “Tabnak” nəşrinə istinadən xəbər verir.

“Azərbaycanın işğal olunmuş ərazilərdən yalnız BƏZİLƏRİNİ azad etmək hüququna malik idi”, – Rezai deyib.

Eyni zamanda, İran Təhlükəsizlik Qüvvələrinin rəis müavini yenidən “sərhəddə sionist rejimin varlığının əlamətlərindən” söz açıb.

“Bizdə olan məlumatlara görə, sionistlər İranın şimal-qərb sərhədindədir”, – general deyib. Rezainin sözlərinə görə, “sionizm – sürüşkən bir yamacdır, uşaqların öldürülməsi isə – onun əlamətidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki