image-reklam-veteninfo
image-1backend

“Gertruda” planı, yəhudilərin qətli, Türkiyənin işğalı-Hitlerin ermənilər qarşısında qoyduğu tapşırıq

image-reklam-veteninfo

Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Artsrun Ovannisyan Ermənistan İctimai Televiziyasında çıxış edərək İkinci Dünya Müharibəsi zamanı alman faşizminin qalib gələcəyi təqdirdə Türkiyənin əlində olan torpaqlar da daxil olmaqla, “vahid tarixi Ermənistan” yaradılacağını deyib.
Hələ İkinci Dünya Müharibəsi başlanana qədər Almaniya rəhbərliyi erməni mühacirlərə “ari qaçqın” statusu vermişlər. Berlində ermənilər üçün xüsusi olaraq həftəlik “Ermənistan” və “Vətən” qəzetləri nəşr edilirdi.
1930-cu illərin ortalarında “Daşnaksütyun” ilə Üçüncü Reyx rəhbərliyi arasında əlaqə quruldu. Erməni terror təşkilatlarının rəhbərlərinin Adolf Hitlerdən onun komandanlığı altında erməni ordusunu yaratmaq, həmçinin erməni zənginlərinin milyonlarla maliyyə vəsaitini faşistlərin xəzinəsinə köçürmək barədə xahişləri də mənbələrdə qeyd edilir. Ermənilər bütün gücləri ilə Hitleri dəstəkləyirdilər. Hətta yəhudilərin soyqırımında da böyük rolları olmuşdur . Erməni general Qaregin Njdenin qurduğu “Tsegagron” təşkilatının vasitəsilə gənc ermənilər faşist SS təşkilatına və digər elit alman hərbi qüvvələrinə daxil olurdular. Almaniyada və Fransada yaşayan bir çox ermənilər 58-ci Panzer ittifaqlarına və Vermaxtın 10-cu ordusuna girmişdilər. Erməni İnqilab Federasiyasının liderləri alman kəşfiyyatı ilə çox sıx münasibətdə idi.
Daxili işlər xalq komissarı Beriya Stalinə yazdığı məktubda qeyd edir:“Alman ordusu tərəfindən yaradılan Erməni legionu casusluq və pozuculuq işləri üçün Qırmızı Ordunun arxa cəbhəsində bir neçə erməni komitələri yaradıb. Müstəqil Ermənistanın təbliği istiqamətində iş apardılar. Dünya erməniləri Almaniyanın “hərbi ehtiyaclarına” sərf etmək üçün vəsait toplayırlar”. (BAX: 6. Rusiya Dövlət Fondunun Arxivi F.R-9401. İp. 2. D 65. L adlı sənəd)
Almanlara digər legionerlər arasında baş verənləri çatdıran casus erməni legionunun andı belə idi:
“Tanrı və Adolf Hitler qarşısında and içirəm ki, alman dövlətinə və erməni torpağına sadiq olacağam. Son damla qanıma kimi nasional-sosializm ideyaları uğrunda bolşeviklərə və imperialistlərə qarşı mübarizə aparacağam”.
Məhz bu sədaqəti görən Hitlerin Türkiyəni içəridən parçalamaq üçün “Gertruda” planın hazırlayır və ermənilər bunun əsas iştirakçıları idilər. Hitler 5 aprel 1942-ci il tarixli 41 nömrəli direktiv imzalayır. Bu plana nəhayət, SSRİ-ni qəti məğlubiyyətə uğratmaq üçün bir fikir daxil edildi: onu 90 faizini Azərbaycanda istehsal edən neftindən məhrum etmək.
Neft olmadan sovet ordusu tank heyətlərini və pilotları lazımi şəkildə yetişdirə bilməzdi, lakin almanlar Bakı neftini öz əvəzedicilərini yetişdirmək üçün çox faydalı hesab edərdilər. Şərq regionları nazirliyindən tapılan sənədlərə görə faşist liderləri, gec-tez türkçülük və Azərbaycanın Türkiyə ilə birləşməsinin Almaniyaya təhlükə yaradacağını bilirdilər. “Böyük Turan” adı ilə Azərbaycan və Türkiyənin birləşməsi 1942 və 1943-cü illərdə faşist liderləri tərəfindən müəyyənləşdirildi. Birləşmiş Ermənistan ideyası türklərin Qafqazdakı istəklərinə qarşı tarazlaşdırıcı bir fikir ola bilərdi.
Hücum planına görə Danimarkadan gələcək piyada diviziyaları Türkiyənin şimalından hücum edəcəkdi.
Onlara dəstək üçün Bolqarıstandan gələn qoşunlar Qaradəniz üzərindən şimala hücum edəcək idi və üçüncü Suriya, İraq və Ermənistan istiqamətindən də hücumlar planlaşdırılırdı.
Səbəb barədə, “SSRİ Xarici Siyasət Sənədləri”ndə dərc olunmuş Sovet Xarici İşlər Nazirliyinin sənədlərində belə qeyd edilir: “Türk diplomatları və hakimiyyəti almanlarla ittifaq qurmaq istəmirdilər. Onlar haqlı olaraq müharibənin çətin başlanğıcına baxmayaraq, Moskvanın qalib gələcəyinə inanırdılar. Belə bir şəraitdə türklər Almaniyanın ölü atına mərc etməyin nəinki ağılsızlıq, həm də təhlükəli olduğuna inanırdılar”
Türkiyədə casus ermənilərin Rozenberqə hazırladığı təkliflərdə yazılırdı ki, Türkiyə II Dünya Müharibəsində iştitrak etməməsini ümumi alman işinə xəyanət hesab edirdilər və Türkiyə və Azərbaycan arasında bufer dövlət – “Böyük Ermənistan” yaradılmasını zəruridir.
Hitlerin gözünə girmək üçün erməni batalyonları çoxsaylı yəhudilərin qırılmasında əsas rollardan birini oynadılar. Bu batalyonun əsgərləri keçmiş erməni hərbi vərdişlərini özündə saxlayan xüsusi tapşırıqları yerinə yetirirdi. Erməni əsgərlərinin çoxundan yenicə istila edilmiş torpaqlarda polis birləşmələri kimi istifadə olunurdu. Erməni əsgərlərə casusluq edərək almanların siyahısında olan bütün yəhudiləri tutmaq tapşırığı verilmişdi. Samuel Vimz yazır ki, almanlarla görüşən daşnaklar əllərindəki “sənəd”lərlə sübut etməyə çalışırdılar ki, “Qafqazın bir hissəsi və Türkiyənin qərb hissəsinin 95 faizi erməni əhalisindən ibarətdir və onlar müstəqillik əldə etsələr Hitlerin sadiq qulları olacaqlar”.
1943-cü ilin yayından sonra Hitlerin Türkiyəni işğal etmək planı pozuldu. Əməliyyat nəhayət ləğv edildi. 23 fevral 1945-ci ildə Türkiyə özü faşist Almaniyasına müharibə elan etdi. II Dünya Müharibəsindən sonra yalnız erməni legionu SSRİ-yə qaytarılmadı və onların heç biri də cəza almadı.
XƏRİTƏ: “Faşist Almaniyasının Türkiyəni işğal etmək planı, “Gertruda” planı ilə Türkiyəni işğal etmək planının xəritəsi” American Life jurnalı

FOTO: Planda iştirak edəcək erməni legion əsgərləri

image-1

Prof.Dr.Zaur Əliyev




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki