Yeni meyarlarda görmə itiliyinin 8 faizdən yuxarı pozulmasına görə də əlillik təyin olunacaq.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov “Sosial saat”da deyib.
O bildirib ki, hazırda qüvvədə olan əsasnaməyə görə, görmə itiliyi 8 faizdən aşağı olduğu hallarda II dərəcə əlillik təyin edilir:
“Amma yeni meyarlarda görmə itiliyinin 30 faiz, 10 faiz, 20 faiz itirilməsinə uyğun olaraq da müəyyən əlillik faizi tətbiq ediləcək. Lakin görmə itiliyi eynəklə bərpa olunursa, ona əlillik təyin edilmir. Əlillik görmə itiliyinin pozulması və görmə sahəsinin dağılma dərəcəsinə müvafiq olaraq təyin olunur” – o qeyd edib.