image-59backend

Göyçayda “KamAZ”ın ehtiyat hissələrini oğurlayan şəxs SAXLANILDI – VİDEO

image-reklam_sirab_01

Göyçay Rayon Polis Şöbəsinə “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 800 manat olan ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Sərxan Abdurəhimov saxlanılıb.

O, ifadəsində oğurladığı ehtiyat hissələri rayon ərazisində əlvan metal qəbulu məntəqəsinə satdığını və əldə etdiyi pulu xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki