image-1595397628_1ec4f_62s594jblw8pqvhir7zy-620x460-1backend

Güclü Mətbuat Ən Yaxşı Silahdır

image-reklam_sirab_01

Mətbuat bir dövlətin millətinin haqq səsini dünyaya çatdırması və öz dünyagörüşünü artırması üçün ən önəmli vasitədir. 19-cu əsrin ikinci yarısına qədər bizim xalqımızda “milli mətbuat” anlayışı yox idi. Lakin, həmin dövrdə sözünün kəsəri olan şəxslər, ziyalılar xalqın oyanışı üçün bir təkana ehtiyacı olduğunu anlayırdı. Bu şəxslərdən biri böyük Azərbaycan yazıçısı Həsən bəy Zərdabi idi. 1875-ci il 22 iyul tarixində onun redaktorluğu ilə ilk milli qəzetimiz “Əkinçi” çap olundu. Beləliklə, Azərbaycan milli mətbuatının əsası qoyuldu. Qəzetin cəmi 56 sayı işıq üzü görməsinə baxmayaraq xalqımızın milli birliyinin möhkəmlənməsində əvəzsiz rolu olub. Əkinçidən sonra milli mətbuatımız sürətlə inkişaf etməyə başladı , ard-arda bir çox qəzetlər çap olundu . 19-cu əsrin sonlarında “ Ziya”, “Kəşkül” “Kaspi” qəzetləri nəşrə başlayıb. 20-ci əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda güclü mübarizəyə başlayıblar. Bu gərgin mübarizə nəticəsində “Molla Nəsrəddin” , “Şərqi-rus” , “Həyat” , “Açıq söz” ,kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşrə başladı. Əkinçi ilə başlayan milli mətbuat tariximiz bu günə qədər inkişaf edərək davam edir. Hər il 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Bu gün ölkədə 5 mindən çox media subyekti var. Dünyada baş verən qloballaşma prosesi mətbuatdan da yan keçməyib. Bu gün ölkəmizdə inkişaf etmiş bütün informasiya texnologiyalarından istifadə olunur. Yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan ixtisasartırma və təkmilləşmə kurslarında iştirak edirlər. Bütün bunlardan əlavə, ölkə başçımız Prezident İlham Əliyev jurnalistlərin sosial həyatına xüsusi diqqət göstərir. Onlar mənzillərlə, maşınlarla təmin edilir. Həmçinin, mətbuatın inkişafına xüsusi töhvəsi olan jurnalistlər fəxri adlara layiq görülür.
Ötən əsrin 80-ci illərindən Ulu Öndər Heydər Əliyevin senzurasız, azad , söz haqqına sahib mətbuat üçün verdiyi qərar bu gündə qorunub saxlanılır. Mətbuat Şurası üçün yeni binanın ayrılması və onun müasir avadanlıqla təmin edilməsi ölkəmizdə azad mətbuatın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun bariz nümunəsidir. Bu gün azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqramlar hazırlanıb. Onların həyata keçirilməsi lazımi tədbirlər görülür. Mətbuata bu dərəcə önəm verdiyi üçün dövlət başçımız jurnalistlər tərəfindən xüsusi hörmət və sevgi görür. 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin layiq görüldüyü “Jurnalistlərin dostu” mükafatına Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə layiq görülüb. Azərbaycan dövlətinin jurnalistləri vicdanlı olmaqla bərabər mərd və qorxmazdırlar. 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında jurnalistlərimiz xüsusi şücaət göstəriblər. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Jurnalistlərimizin öz vəzifəsini yerinə yetirərkən həlak olması bu peşəsinin necə məsuliyyətli, bəzəndə təhlükəli olduğunun sübutudur. Vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirən, öz peşə prinsiplərini unutmayan , xalqına və dövlətinə bağlı olan bütün mətbuat işçilərinin peşə bayramı mübarək.
Məmmədova Simranə
Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki