image-media-guler-veteninfo-h9osg4kaxnp2lbfr8jmubackend

Gülər Cəfərova: “Uşaqların canlı mühitlə əlaqəsinin düzgün təmin olunmasında valideynlər üzərinə böyük məsuliyyət düşür”

image-reklam_sirab_01

Son bir neçə ildir Azərbayanda azyaşlıların,xüsusən də yetginlik yaşına çatmayan uşaqların virtual oyunlara aludəçiliyi halları sürətlə artmaqdadır.

Ekspert Gülər Cəfərova Vətəninfo.az-a açıqlamasında bildirib ki,
Uşaqların tərbiyəsində, onların dünyagörüşünün formalaşmasında virtual oyunların böyük rolu var.Onun fikirinə görə müasir uşaqları oyunlar və oyuncaqlar o qədər də maraqlandırmır: :Onları daha çox mobil telefonlar, kompüter oyunları və internet cəlb edir. Ancaq uşaqların bu cür yüklənməsi,  təsadüf olunmayan, kompüter arxasında qəddarlığı, sərtliyi təbliğ edən oyunlara meyilli olması gələcəkdə bir çox fəsadlara yol aça bilər. Çünki ilk baxışdan adi əlyəncə kimi görünən virtual oyunlar əslində uşaqlarda möhkəmlik, dözümlülük deyil, əksinə qorxaqlıq, çarəsizlik yaradır. Yeniyetmə hər hansı bir vəziyyətlə üzləşdiyi zaman çıxış yolu tapa bilmir. Heç axtarmağa da cəhd etmir. Çünki heç vaxt qarşılaşmadığı hadisə onda kəskin psixi pozuntular yaradır“.
Gülər Cəfərova vurğulayır ki,indiki zəmanədə azyaşlı artıq böyüdüyünü düşünür, özünü uşaq saymır, bəlkə də uşaq necə olur, nə ilə başını qatır, necə əylənir, bunu dərk eləmir. İnformasiya komminakasiya mühiti uşaqla yetkin insan arasında məsafəni olduqca kiçik həddə gətirib: “Əvvəllər uşaqları evdə tapmaq müşkül məsələ olurdu. Məhəllədə toplaşaraq yaşıdları ilə müxtəlif  kollektiv oyunlar oynayırdılar. Bu da balacaların ömrünə rəng qatar, yeni dostlar qazandırardı. Hazırda isə uşaqlar az qala ətraf aləmlə ünsiyyəti yalnız internetlə qururlar”.

“Uşaqların canlı mühitlə əlaqəsinin düzgün təmin olunmasında valideynlərin üzərinə böyük məsuliyyət düşür”-deyən ekspert bildirib ki,  çox vaxt valideynlər uşaqlarını cəmiyyətə daha yaxşı təqdim etmək niyyətilə azyaşlının geyimindən tutmuş daşıdığı aksessuarlarına kimi xüsusi diqqət yetirirlər: “Valideynlər öz ətraflarından fərqlənmək üçün bu cür yeniliklərə həm özlərini, həm də övladlarını öyrəşdirirlər.Əslində isə bu çox yanlış düşüncədir. Belə olan halda uşağın davranışı və hərəkətləri arxa planda qalır. Uşaq bəlli bir yaşa kimi ailənin himayəsindədir. Valideyn nə deyəcəksə, uşaq da onu qəbul edəcək. Birinci növbədə ailələr özləri diqqətli olmalıdırlar ki, uşaqlar bahalı mobil telefonlardan, kompüterdən müəyyən qədər məsafədə olsunlar. Bu şüalanmadan tutmuş uşağın əqli düşüncəsinə, psixikasına qədər mənfi təsir edir. Bütün günü qapalı yerdə böyüyən uşaq nədən necə istifadə etməyi bilmir və nəticədə onda stress yaranır ki, bu da müəyyən komplekslərə yol açır. Fikir versək, bu gün doğulan uşaqların əksəriyyətində nevroloji problemlərlər olur. Normal prosedurlardan keçmədiklərindən körpələrdə daha sonra ağır fəsadlar yaranır”.

Ekspert bildirir ki,  valideynlər uşaqları kompüterdən aralı saxlamağı bacarmalıdırlar. Gülər Cəfərovanın sözlərinə görə  bir çox aparıcı ölkələrdə internet provayderləri ilə əlaqə yaradaraq xüsusi paketlər əldə olunur və bununla da uşaqlar yalnız əlverişli saytlardan istifadə edə bilirlər: “Daha yaxşı olardı ki, valideynlər kiçik yaşlarından uşaqları mobil telefonlara, kompüterlərə öyrəşdirməsinlər. Valideyn elə hesab edir ki, bununla onun uşağı daha tez inkişaf edir. Ancaq bu belə deyil. Birmənalı şəkildə virtual oyunlardan asılılıq uşaqlarda ünsiyyət problemlərinə yol açır.

Bütün günü evində oturub oyun oynayan uşaq sözsüz ki, ünsiyyət çatışmazlığının gətirəcəyi
fəsadlardan əziyyət çəkəcək. Eyni zamanda səbəbsiz aqressiyalara da tutulacaq. Uşaqlar canlı oyunlar oynayarkən bir-birləri ilə canlı ünsiyyətdə olurlar. Kompüter oyunlarında isə emosiya yox səviyyəsində olur. Bütün hallarda uşaq oyun oynadığını dərk edir. Ancaq azyaşlı ölümün özünə belə xüsusi hal kimi baxmır. Canlı ünsiyyətdə isə o hisslər var. Eyni zamanda kompüterdə müharibə, döyüş yarışları kimi qəddarlığı təbliq edən oyunlar oynamaqla vaxtlarını keçirən uşaqlar təbiətən qorxaq olurlar. Belə uşaqlar dəhşət filmlərinə də olduqca meyillidirlər. Bununla azyaşlılar qorxularına qalib gələcəklərini düşünürlər. Nəticədə başqa problemlər-fobiyalar yaranmağa başlayır. Bu cür problemlərlə müraciət edənlər çoxluq təşkil edir. Əksəriyyətində də uşaqlıqda qorxulu filmlərin təsirindən yaranan fobiyaların əlaməti olur. Ona görə də çox diqqətli olmaq lazımdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image