image-75backend

Gürcüstan Azərbaycandan 55 min litr dizelin qanunsuz idxalının qarşısını alıb

image-reklam_sirab_01

Son bir ayda Azərbaycandan Gürcüstana “Qırmızı körpü” gömrük məntəqəsi vasitəsilə 55 min litrdən çox dizel yanacağının qanunsuz idxalının qarşısı alınıb.

Veteninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumata gərə, bəyan edilməmiş yanacaq Azərbaycandan Gürcüstana daxil olan beynəlxalq yük daşımaları həyata keçirən yük maşınlarında kustar üsulla quraşdırılmış çənlərdə aşkarlanıb. Bu cür hallar qanun pozuntusu hesab olunur və cərimə sanksiyası tətbiq edilir.

Xidmətdən bildirilib ki, gömrük nəzarətindən gizlədilən yanacağın Gürcüstana daxil edilməsinə ciddi nəzarət həyata keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki